Ata mühasib, oğul sədr təyin edildi- Cəlilabad bələdiyyəsində biabırçılıq…
Cəlilabad rayon Muğan kənd sakini, eyni zamanda, kəndin orta məktəb müəllimi Hacı Rəhimov redaksiyamıza ilginc şikayət məktubu göndərib.
Vətən müharibəsində qardaşı oğlu leytenant Tural Rəhimovu şəhid verən H.Rəhimov yaşadığı kənddə keçmiş bələdiyyə sədri Rasif Həsənovun ona qarşı etdiyi haqsız əməllərindən cana doyduğunu bildirib. H.Rəhimov buna görə Milli Məclisin sədri Sahibə Qafarovaya şikayət edib.
Müraciətdə deyilir: “Hörmətli Sahibə xanım! Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mənim pay torpağım iki koordinatla qeydə alınıb. 30 sotu kəndə nisbətən yaxın ərazidə, 1 hektar 40 sotu isə kənddən 15 kilometr uzaqda yerləşir. Pay torpağımı sənədləşdirmək üçün Cəlilabad rayon Reyestr və Kadastr İdarəsinə müraciət etdim. Araşdırmalar nəticəsində məlum oldu ki, 1 hektar 40 sotluq torpağım bazada 30 sot əksik qeydiyyata alınıb”.
Şikayətçi deyir ki, o, problemini həll etmək üçün o zaman Muğan bələdiyyəsinin sədri və hazırda bələdiyyədə mühasib işləyən Rasif Həsənova müraciət edib. Lakin R.Həsənov ona kömək etmək əvəzinə, vətəndaşı aldadaraq torpağını satıb:
“Mən məsələni həmin vaxt Muğan kəndinin bələdiyyə sədri və indi isə bələdiyyədə mühasib işləyən Rasif Həsənovla aydınlaşdırmaq istədim. Lakin R.Həsənov mənə kömək etmək əvəzinə yenə öz qazancından qalmadı. Belə ki, o, reyestr idarəsində 30 sot torpağımın əskik göstərildiyini bilən kimi çevik tərpənərək vəzifəsindən çıxa-çıxda islahat komissiyası tərəfindən mənə verilən və 20 ildən çox istifadəmdə olan 1 hektar 40 sot torpağımın 64 sotunu sənin deyil deyərək əlimdən aldı. Daha sonra həmin torpaq sahəsinə ətrafdan əlavə olaraq 36 sot da əlavə edərək 1 hektar yeri Maşlıq kənd sakini Cavanşir Hüseynova satdı”.
H.Rəhimov deyir ki, onun şikayətindən sonra əraziyə mütəxəssislər cəlb olunsa da, problem həllini tapmayıb:
“Şikayətim əsasında kadastr idarəsinin iki mütəxəssisinin iştirakıyla ərazidə araşdırma aparıldı. Məlum oldu ki, 1 hektar 30 sot torpağımdan cəmi yerdə qalanı 76 sotdur. Rasif Həsənov bu günə kimi bələdiyyənin 100 hektarlarla torpaq sahələrini öz qohumlarının adlarına qanunsuz sənədləşdirərək, daha sonra qonşu kəndlərin camaatına onları sataraq külli-miqdarda pul mənimsəmişdir”.
H.Rəhimov deyir ki, vaxtilə R.Həsənova Baş prokurorluqda cinayət işi də açılıb, amma…
“R.Həsənov öz rüşvətxor, korrupsioner əməlləri ilə dəfələrlə istintaq orqanlarının nəzarətində götürülsə də, hər dəfə canını qurtara bilib. Bu adam ərazimizdə adamları üz-üzə qoymaq, şikayətbazlığın təşkilatçısı olmaq, rəqib bildiklərini başqalarının əliylə “vurmaq”la məşğuldur. Bələdiyyə işi birbaşa xalqla əlaqəli olduğundan R.Həsənov korrupsioner əməlləri ilə camaatımızı dövlətdən narazı salır. Bu baxımdan R.Həsənov həbsdə olan məmurlardan daha təhlükəlidir. Bu xarakterdə olan adam nəinki torpağı, vətəni də satar”.
Şikayətçi deyir ki, R.Həsənov indi yenidən bələdiyyədə mühasib kimi işə başlayıb və üstəlik oğlunu da bələdiyyə sədri təyin etdirib:
“R.Həsənov bələdiyyədəki sədr vəzifəsindən qovuldu, amma çox keçmədi ki, bələdiyyədə mühasib vəzifəsinə təyin edildi. Daha sonra isə bələdiyyə sədrini şantaj edərək işdən çıxartdırdı. Muğan bələdiyyəsinin sədri vəzifəsinə isə Maşlıq kənd orta məktəbində müəllim işləyən oğlu Vasif Həsənovu təyin etdirdi. Ata mühasib, oğul isə bələdiyyə sədri. İdarəçilikdə belə biabırçılıq olmaz axı. Bu barədə bir tədbir görməyinizi xahiş edirəm”-deyə o, bildirib.
Redaksiyadan: Qeyd edək ki, bir müddətdir R.Həsənovdan və Muğan bələdiyyəsindən redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. Rayonun icra başçısı Namiq Zeynalov həbs ediləndən sonra Muğan bələdiyyəsində hərc-mərclik davam edir. Bir neçə ayın içində artıq üçüncü bələdiyyə sədridir ki, dəyişilib. Vətəndaşlar isə rayona təyin olunacaq yeni icra başçısının yolunu gözləyirlər ki, dərdlərini ona desinlər. İndi biz R.Həsənovun oğlu V.Həsənovun həm müəllim, həm də bələdiyyə sədri işləməsinin səbəblərini araşdıracağıq. Axı qanunda bununla bağlı qaydalar var. Onu da qeyd edək ki, Bap Prokurorluq tərəfindən Cəlilabad bələdiyyəsinin sədri İlham Babayevə cinayət işi açılıb. Çox maraqlıdır ki, görən prokurorluq Muğan bələdiyyəsində nə vaxt araşdırmaya başlayacaq.
Yazılarımızın davamı olacaq…
1316 dəfə oxundu