Teymur Rəcəbovun son yarışdan qazancı nə oldu? - FOTO
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin keçirdiyi onlayn Çempionlar Turunun ümumi turnir cədvəli məlum olub.
Oxu.Az xəbər verir ki, 6-14 fevral tarixlərində keçirilən turnirin üçüncü mərhələsi – “Euro Opera Rapid”də qalib təşkilatçı Karlseni məğlub edən Vesli So olub.
ABŞ təmsilçisi son gündə 2,5:1,5 hesabı ilə rəqibini məğlub edərək mərhələnin qalibi olub (xatırladaq ki, noyabrda keçirilən ilk mərhələdə də So Karlseni finalda məğlub edib – S.M.). Bununla da Filippin əsilli şahmatçı 30 min dollara sahib çıxıb. Karlsen isə bu mərhələdə finalçı kimi 15 min dollarla kifayətlənib.
Fransalı Maksim Vaşye-Laqravı 2,5:1,5 və 2:0 hesabları ilə məğlub edərək üçüncü yerə çıxan Teymur Rəcəbov isə 8500 dollara sahib çıxıb. Dördüncülüklə kifayətlənən Vaşye-Laqrava isə 6500 dollar veriləcək.
Bəs bu nəticələr Çempionlar Turunun ümumi cədvəlinə necə təsir edib?
Vesli So bu qələbəsi ilə bunadək turnir cədvəlinin lideri olan Teymur Rəcəbovla xallarını bərabərləşdirib. Hər iki qrossmeyster turnirin bu mərhələsində müvafiq olaraq 46 və 17 xal qazanıb. Hazırda hər iki şahmatçı 108 xala malikdir. Bu mərhələdə 35 xal qazanan Maqnus Karlsen 85 xalla üçüncüdür.
Qeyd edək ki, Teymur Rəcəbov 26 dekabr - 3 yanvar tarixlərində keçirilmiş turnirin “Airthings Master” mərhələsində qalib olmaqla turnir cədvəlində neçənci yeri tutmasından asılı olmayaraq, final mərhələsinə böyük ölçüdə vəsiqə qazanıb. O, turnir cədvəlində 6-8-ci yerləri tutsa belə, “Major” kateqoriyalı turnirin qalibi olduğu üçün 25 sentyabr – 3 oktyabr tarixlərində keçiriləcək 10 şahmatçının mübarizə aparacağı final mərhələsində iştirak edəcək.
Onu da bildirək ki, dördüncü mərhələ 13-21 mart tarixlərində baş tutacaq.
597 dəfə oxundu