Deputatlar Qarabağa gedir

Deputatlar Qarabağa gedir
“Bir neçə deputat həmkarımla ilk olaraq Ağdama getməyi planlaşdırmışıq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Deputat qarşıdan əkin vaxtının gəldiyini də xatırladıb:

“Bizim komitənin işi aqrar təsərrüfatla maraqlanmaq, yerində tanış olmaqdır. Qarşıdan əkin ayları gəlir. Ona görə də bir neçə deputatla Qarabağa səfərimizi Ağdamdan başlamağı düşünürük. Tarlalarda məhsuldarlığın gedişatını yaxından izləmək istəyirik. Deputat həmkarlarım da səfər etməkdə maraqlıdır. Sadəcə, bu barədə öncə parlament rəhbərliyinə məlumat verəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
587 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...