Məhəbbət Vəliyeva hicaba keçib? - Eks-nazir müavinindən AÇIQLAMA

Məhəbbət Vəliyeva hicaba keçib? -
“Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva bildirib.

Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib:

“Bunu zaman göstərəcək, indidən nəsə deyə bilmərəm”. Sabiq müavin həmçinin, sosial şəbəkələrdə hicaba keçməsilə bağlı yayılan məlumatı şərh etməyib.

Qeyd edək ki, Məhəbbət Vəliyeva 2018-ci ilin iyun ayında təhsil nazirinin müavini təyin edilmişdi. 28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...