Ombudsmanın nümayəndələri Əfqan Sadıqovla görüşdü
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Əfqan Sadıqovun səhhəti və hüquqlarının təmini ilə bağlı müraciətlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Ombudsmanın tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən 25 yanvar 2021-ci il tarixdə həmin müəssisəyə keçirilən başçəkmə çərçivəsində Əfqan Sadıqov növbəti dəfə qəbul olunub. Konfidensial qəbul zamanı o, barəsində olan cinayət işi və məhkəmənin hökmündən narazılığını əsas göstərərək qida qəbulundan imtinanı davam etdirdiyini bildirib.
Müəssisədə həkimin iştirakı ilə Əfqan Sadıqovun sağlamlıq vəziyyəti müzakirə olunub və onun səhhətinin nəzarətdə saxlanılması məqsədilə müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Hazırda o, koma vəziyyətində deyil, ona lazımi tibbi xidmətlər göstərilir və qəbul zamanı tibbi ximətlərdən narazılığının olmadığını bildirib.
Əfqan Sadıqov müraciətlərinin araşdırılmasına və vəziyyətini diqqətdə saxladığına görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.
Qeyd olunmalıdır ki, Əfqan Sadıqov saxlandığı ilk günlərdən MPQ-nin üzvləri tərəfindən qəbul olunub, səhhəti nəzərə alınmaqla Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi təmin edilib. Müalicə Müəssisəsinə köçürüldüyü gündən isə səhhəti gündəlik nəzarətdə saxlanılıb, kütləvi informasiya vasitələrinə də bu barədə məlumatlar verilib.
Əfqan Sadıqovun məsələsi ilə bağlı Ombudsman tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə müraciətlər də edilib.
587 dəfə oxundu