44 günlük Vətən müharibəsinin daha bir şəhidi - FOTOLAR
Vətən müharibəsində adını tarixə qanla yazdıran şəhidlərimizdən biri də Abdullayev Nurlan İnqilab oğludur.
Oxu.Az xəbər verir ki, Abdullayev Nurlan 1992-ci il 26 yanvarda Beyləqan rayonunda anadan olub. Orta mərtəbi Beyləqan rayonunda bitirib.
Nurlan Abdullayev 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə iştirak edib.
Nurlan Abdullayev sentyabrın 30-da Füzuli rayonu Kənd Horadiz istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.
Nurlan Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
1095 dəfə oxundu