“Sən kişi deyilsən” ifadəsinə Xaqani Məmmədovdan SƏRT REAKSİYA
Topaz Premyer Liqasının 9-cu turunda baş tutan "Kəpəz” – "Neftçi” (0:1) oyunundan sonra gərgin anlar yaşanıb. Matçdan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər qarşılaşmanın hakim-inspektoru, hakimlər komitəsinin sədri Xaqani Məmmədova etiraz ediblər.
Təhqir olunan Xaqani Məmmədov Unikal.org-a açıqlamasında "kişi deyilsən” ifadəsinə sərt cavab verib:
"Bu nə təxribatdır, nə də başqa bir şey. Bu azarkeşlərin səviyyəsizliyidir. Hər bir azarkeş futbol qaydasını yaxşı bilmir. Yaxşı bilsəydilər belə danışmazdılar. Bu 5-3 nəfər azarkeşin səviyyəsidir. Amma hər azarkeş eyni ola bilməz. Bunların içəsində dəliqanlıları, savadlıları da var, savadsızları da... Onların səviyyəsinə düşüb cavab vermək də istəmərəm”.
Bildirək ki, fanatlar: "Belə idarəçilik olmaz. Çox bərbad vəziyyətdəsiniz. Bugünkü idarəçiliyə yüksək qiymət versən, kişi deyilsən”- fikirlərini səsləndirib. Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib.
1018 dəfə oxundu