"Mercedes" 1 milyondan çox avtomobili geri çağırır

"Mercedes" 1 milyondan çox avtomobili geri çağırır


“Mercedes-Benz” bütün dünyada 1 milyondan çox avtomobili geri çağırıb. Trend-in məlumatına görə, bu qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır. Şirkətin məlumatına görə, təhlükəsizlik yastıqları səhvən açıla bilər.

Qeyd olunur ki, Böyük Britaniyada 400 min, ABŞ-da 495 min, Kanadada 76 min, Almaniyada 100 mindən çox avtomobil geri çağırılır. Geri çağırılma 2012-2017-ci illərin A, B, C, E, eləcə də CLA, GLA və GLC modellərinə şamil olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...