Azercell-in növbəti eksklüziv ofisi indiBakının Q.Qarayev prospektində

Azercell-in növbəti eksklüziv ofisi indiBakının Q.Qarayev prospektində


Abunəçilərinin operativ və keyfiyyətli xidmətlərdən istifadəsini təmin etmək üçün ölkə boyu yeni konsepsiyalı Ekslüziv ofislərinin sayını artıran Azercell daha bir mağazasının açılışını edib. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 30\42 ünvanında istifadəyə verilən Eksklüziv ofis 121 m2 ərazidə abunəçilərə xidmət göstərəcək. Ən müasir avadanlıqla təchiz olunan bu ofis unikalNordic konsepsiyasına uyğun olaraq qurulub.

Mağazanınxüsusi özəlliyi ofisdə aciq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır.

Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə Müştəri Xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur (izahlı qaimə və addan-ada əməliyyatları istisna olmaqladigər). Burada abunəçilər, həmçinin, mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuarlar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.

Qeyd edək ki, ilk fəaliyyəti günündə Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyevlə yanaşı, həm dəTelia şirkətinin Avrasiya regionu üzrə prezidenti Emil Nilsonda mağazaya baş çəkərək müştərilərin rahatlığına yönələn bu təşəbbüsü yüksək qiymətləndirmişlər.

Yeni ofislərinin açılmasında Azercell şirkətinin əsas məqsədi4.5 milyonluq abunəçi ailəsinə yüksək səviyyəli xidmət göstərməkdir. Azercell abunəçiləri bu ofislərə müraciət edərək, yaranan problemləri həll edə, arzuladıqları xidmətlərə qoşula və onları maraqlandıran suallara cavab ala bilərlər.


Azercell-in növbəti eksklüziv ofisi indiBakının Q.Qarayev prospektində
Azercell-in növbəti eksklüziv ofisi indiBakının Q.Qarayev prospektində
Azercell-in növbəti eksklüziv ofisi indiBakının Q.Qarayev prospektində



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...