Bu ərəb ölkəsindən Türkiyəyə qarşı böyük şok — QALMAQAL
Birləşmiş Ərəb Əmirliklərinin "Dubai TV" kanalı Türkiyəni qaralamaq məqsədi ilə yalan xəbər yayımlayıb. "Ölkə.Az" xəbər verir ki, ərəb kanalının xəbərinə əsasən türk hərbçiləri Qətərdə küçəyə çıxma qadağası elan edib.
BƏƏ-nin "Dubai TV" kanalında yayımlanan xəbərdə türk əsgərinin Qətərdə olmasının verdiyi narahatçılıq qaralama kampaniyasına çevrilib. "Əl-Cəzirə" kanalının xəbərinə görə "Dubai TV" kanalı qalmaqallı bir xəbərə imza ataraq "türk əsgərləri Qətərdə küçəyə çıxma qadağası elan edib" formasında yalan xəbər yayımlayıb.
Xəbərdə deyilir: "Qətərli bəzi müxalif mənbələr türk əsgərləri tərəfindən Dohada bəzi yolların bağlanıb və insanların keçməyinə icazə verilmir".
5 iyun tarixində Qətəri blokadaya almaq barədə qərar qəbul edən ölkələrdən olan BƏƏ o gündən bu yana rəsmi Dohaya qarşı çirkin siyasət nümayiş etdirir. Xüsusən də mətbuat vasitəsilə qaralama kampaniyası aparan BƏƏ Qətərə dəstək olduğu üçün Türkiyəni hədəfə götürüb. BƏƏ-nin türk əsgərindən narahat olması təsadüf deyil. 15 iyul qiyamının BƏƏ ilə əlaqələri olduğu müəyyən edilmişdi.
966 dəfə oxundu