Jurnalistin atasını maşınla vurub öldürən sürücü hələ də azadlıqdadır
Keçən il fevralın 14-də Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzasına düşən və həmin vaxtdan komada olan müəllim, yazıçı-publisist Əli Əliyevi vuran sürücü hələ də azadlıqdadır.
Bu barədə Modern.az-a açıqlamasında Əli Əliyevin oğlu, tanınmış jurnalist İmdad Əlizadə bildirib:
“Hazırda atamı vuran sürücü ilə bağlı Nərimanov rayonu polis idarəsində açılmış cinayət işinin istintaqı davam edir. Əvvəl bu cinayət işi zərərçəkmiş şəxsin ağır xəsarət alması ilə bağlı idi. Atam dünyasını dəyişəndən sonra həmin maddə zərərçəkmiş şəxsin dünyasını dəyişməsi maddəsi ilə əvəz olunub. Bundan başqa ölümlə bağlı ekspertiza təyin olunub.
Müstəntiq həmin ekspertizanın cavabını gözləyir və rəy alınandan sonra iş məhkəməyə göndəriləcək. Hələlik isə atamı vuran sürücü Seymur Qarayev həsb olunmayıb və azadlıqdadır”.
Qeyd edək ki, Əli Əliyev Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən yolu keçdiyi vaxt minik avtomobili tərəfindən vurulub.
Qəzadan sonra müəyyən müddət komada qalan, Bakıdakı 1 saylı xəstəxananın reanimasiya şöbəsində saxlanılan və daha sonra Mərkəzi Klinik Xəstəxana və digər özəl klinikalarda müalicə edilən Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
842 dəfə oxundu