Avropanın ən hündür binasının inşası bu il yekunlaşacaq

Avropanın ən hündür binasının inşası bu il yekunlaşacaq

Moskvada Avropanın ən hündür göydələninin - "Moskva-Siti" kompleksində yerləşən "Federasiya" qülləsinin inşasının bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Moskva merinin müavini məlumat verib. Hündürlüyü 374 metr olan "Federasiya" qülləsi "Moskva-Siti" işgüzar mərkəzinin flaqman layihəsidir. Göydələn iki qüllədən ibarətdir: 63 mərtəbəli qüllə və 95 mərtəbəli "Şərq" qülləsi. İki qüllə ticarət mərkəzi yerləşən daha bir bina ilə birləşdirilib.

Ümumiyyətlə, "Moskva-Siti" kompleksinin bütün obyektlərinin tikintisinin 2019-cu ilədək başa çatdırılması nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...