"Yazırlar, qoy, yazsınlar" - Kəmaləddin Heydərovdan ərəb turistlərlə bağlı -

"Yazırlar, qoy, yazsınlar" -
“Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm”.

Gundeminfo.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov edən ərəblərin onun qonaqları olması barədə iddialara münasibətində bildirib.

Nazir deyib ki, Azərbaycan dünyaya açıq dövlətdir və turistlərin gəlməsi də təbiidir:

“Azərbaycana gələn hər turist mənim qonağım olası deyil ki… Kimlərsə yazıb, bir söz demirəm”.

Qeyd edək ki, ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılmışdı. Həmin görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...