Xaçmazda bu vəzifədə niyə heç kim işləmək istəmir – ƏTRAFLI/FOTOLAR

Xaçmazda bu vəzifədə niyə heç kim işləmək istəmir –

Xaçmazda şəhər meri vəzifəsinə son 18 ayda 4 təyinat olub. Amma nədənsə o vəzifəyə təyin edilən məmurların heç birinə bir neçə aydan artıq işləmək qismət olmayıb.

Xaçmaz RİH başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi vəzifəsi artıq rayonda arzuolunmaz bir vəzifəyə çevrilib.

7times.az xəbər verir ki, icra başçısı Elnur Rzayevin təyinatından bir neçə ay əvvəl sələfi Şəmsəddin Xanbabayev tərəfindən şəhərə mer teyin edilən Ramin Əzizov 2019-cu ilin noyabr ayında naməlum səbəblərdən vəzifəsindən uzaqlaşıb. Ondan sonra MER vəzifəsinə gətiriləın Tehran Laçınov adlı şəxsin bu postdakı xidmət müddəti də bir neçə aydan artıq olmayıb. Daha sonra icra başçısı Elnur Rzayev mer vəzifəsinə İlham Həsənov adlı şəxsi təyin edib. 2019-cu ilin avqust ayında bu posta gətirilən İlham Həsənovun da aqibəti ondan əvvəl o vəzifəyə təyin edilən məmurların aqibətindən fərqlənməyib. O 6 ayın sonunda öz ərizəsi ilə tutduğu vəzifədən uzaqlaşıb.

Boş qalan mer vəzifəsinə bu dəfə Emin Ağayev adlı şəxs təyin edilib. Qeyd edək ki, o bundan əvvəl Xaçmaz RİH-də şöbə müdirinin müavini vəzifəsində çalışıb.


Xaçmazda bu vəzifədə niyə heç kim işləmək istəmir –
Xaçmazda bu vəzifədə niyə heç kim işləmək istəmir –
Xaçmazda bu vəzifədə niyə heç kim işləmək istəmir –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...