"Kontakt Home”dan hər gün şikayət gəlir" - Şirkət köhnə əşyaları vətəndaşlara təzə adı ilə satır

"Kontakt Home”dan hər gün şikayət gəlir" -

Bir müddət əvvəl “Facebook” sosial şəbəkəsində olan və yerli istehlakçıların problemlərlə bağlı üz tutduqları “Müştəriyəm, şikayətim var” qrupu “Kontakt Home” tərəfindən satın alınıb. Buna səbəb vətəndaşların əksəriyyətinin qrupda “Kontakt Home”un fəaliyyətindən şikayət etməsi olub. Qurum rəhbərliyi onlar əleyhinə olan şikayətləri təsdiq etməməklə yanaşı, qrupdan rəqib şirkətlərə qarşı qaralama kampaniya aparmaq üçün də istifadə edib.

“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, rəhbəri olduğu qurum hər gün “Kontakt Home”la bağlı şikayət qəbul edir:

“Qrup məsələsi haqqında bağlı bizə şikayət olmayıb. Lakin “Kontakt Home”dan hər gün şikayət gəlir. Bu gün də iki şikayət daxil olub, ərizələrini qəbul etmişəm. Mən ötən ay “Kontakt Home”un rəhbərliyi ilə görüşdüm, hüquqşünası ilə danışıb təklif etdim ki, problemi danışıqlar yolu ilə həll edək. Lakin ondan sonra da şikayət ərizələri qəbul etdik. “Kontakt Home” dəfələrlə köhnə əşyaları vətəndaşlara təzə adı ilə satıb”.

Həmsöhbətimiz vurğulayıb ki, əgər “Kontakt Home”a rəqib şirkətlər məhkəmə iddiası qaldırsalar, “Kontakt Home” mütləq şəkildə təzminat ödəmək məcburiyyətində qalacaq:

“Təzminatın məbləği rəqib şirkətlərin işgüzar nüfuzuna nə qədər ziyan dəyməsindən asılı olacaq. Gərək ki, rəqib şirkətlər məhkəmədə iddia qaldırsın və bunu əsaslandırsın. Qrupu satın almaları ilə bağlı isə heç bir hüquqi məsuliyyət yoxdur. Ola bilər ki, əvvəlki qrup rəhbərlərini təsir altına salıblar. Gərək, onların iradələri möhkəm olaydı. Azad İstehlakçılar Birliyi 23 il iradəsini heç kəsə təslim etmədiyi kimi, onlar da dözüm göstərməli idi. Əgər o qrup Azad İstehlakçılar Birliyinə inteqrasiya olunsa, mən onlarla çox effektli işləyərəm və kömək edərəm ki, onlar iradəsini heç kimə təslim etməsinlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...