“Semaşko” acınacaqlı durumda: Həyətə axan kanalizasiya, açıq elektrik şəbəkəsi... - FOTO/VİDEO

“Semaşko” acınacaqlı durumda:
“TƏBİB-in “nümunəvi” klinikası olan və bəzilərinin ağızdolusu danışdığı, əslində isə bərbad gündə olan Kliniki Tibbi Mərkəzdən (keçmiş “Semaşko”) lentə alınan bu görüntülər hər kəsi heyrətləndirir. Bu cür şəraitdə işləmək oradakı həkim və tibb işçilərinə sözün həqiqi mənasında əzab verir”.

Bunu Bizim.media-ya açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyib:

“Gördüklərimdən heyrətə gəldim. Kanalizasiya sularının açıq şəkildə axıdılması, elektrik xətlərinin açıq və təhlükəli şəkildə aparılması və digər faktları görəndə burada çalışanlara və müalicə alanlara yazığım gəldi. Zəngin tarixi və gözəl ənənələri olan bu tibb ocağındakı acınacaqlı vəziyyəti izah etməyə sadəcə söz tapmıram”.

Təqdim olunan faktlarla bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.
Mövzu diqqətdə saxlanılacaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...