Gədəbəyliləri zəhərləyən iş adamı kimdir? banklara borclu qalmaqallı iş adamı
Prezident İlham Əliyev dünən 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Söyüdlü hadisəsinə münasibət bildirərkən Gədəbəydə illərdir qızıl çıxaran şirkətlə də bağlı sərt danışdı. Prezident bildiri ki, burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq.
Tribunainfo.az xəbər verir ki, Gədəbəyin Söyüdlü kəndindəki qızıl yatağı Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti tərəfindən istismar edilir. Şirkətin əsas payçısı İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.
Rza Vəziri dünyada qalmaqallı maqnat, mübahisəli və problemli işlərə girməklə məşhurdur. Hələ 2014-cü ildə R.Vəziri Qırğızıstanda qalmaqallı qızıl yatağını almaq istədiyi üçün ölkə rəhbərliyinə qədər məktublar yazıb, o zaman qızıl yatağının istismarı ilə məşğul olan Kanada şirkətini oradan uzaqlaşdırmağa, Qırğızıstandan qovdurmağa çalışırdı. Rza Vəziri hətta Qırğızıstan rəhbərliyinə yazdığı məktubda şirnikləndirici vədlər verərək yazırdı ki, “Kumtor” yatağı “Anglo Asian Mining” şirkətinə verilsə, şirkət gəlirin 70 faizini Qırğızıstan dövlətinə verəcək və özünə cəmi 30 faiz götürəcək.
Narazılıq yaradan şirkətin Azərbaycan banklarına da daim borcu olub. hələ 2016-cı ildə şirkətin kredit faizləri, maliyyə vəsaitləri və onların ekvivalentlərinə görə borc öhdəlikləri 37,7 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin dekabrın 31-i ilə müqayisədə, 11,3 mln. dollar azdır.
Ümumilikdə, şirkətin “Amsterdam Trade Bank”a 19,7 mln. dollar, Azərbaycan Beynəlxalq Bankına 8,2 mln. dollar, “Atlas Copco”ya 1 mln. dollar, “YapiKredi Bank”a 0,9 mln. dollar, “PAŞA Bank”a 4,2 mln. dollar həcmində kredit borcu olub.
367 dəfə oxundu