BŞİH-də “layihə smeta əməliyyatı”: Layihəsi yarım milyona başa gələn park neçəyə tikiləcək?
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Dendrologiya parkı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının davam etdirilməsinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “TK Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 187.974 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, 17 noyabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi Bakı şəhəri Yasamal Rayonu, Əhməd Cəmil küçəsi, ev 70B, mənzil 801-də yeləşir. MMC-nin qanuni təmsilçisi Kərimli Tofiq Rafiq oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur. Abit Əliyev Eldar Əzizovun kadrı hesab edilir. Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı olanda da Abit Əliyev onun əsas adamı kimi müxtəlif vəzifələrdə çalışıb.
Eldar Əzizov 15 noyabr 2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Eldar Əzizov Bakının icra başçıcı təyin ediləndən sonra yaradılıb. MMC ötən il “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Dendrologiya parkı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı “Az Arxitektura” MMC ilə maliyyə dəyəri 312 000 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
376 dəfə oxundu