Fikrət Məmmədova ağır zərbə: Məhkəmələrin maliyyə təminatı nazirlikdən alınır

Fikrət Məmmədova ağır zərbə:
Azərbaycanda məhkəmələrin maddi-texniki təminatı ilə bağlı bütün səlahiyyətlər Ədliyyə Nazirliyindən alınaraq Məhkəmə – Hüquq Şurasına veriləcək.

Hurriyyet.az xəbər verir ki, mötəbər mənbədən Gununsesi.info-ya daxil olan məlumata görə, bu dəyişikliklər məhkəmə-hüquq sahəsində start verilən genişmiqyaslı islahatlarla bağlıdır.

Xatırladaq ki, hazırda məhkəmə instansiyalarının fəaliyyətinin təşkili ilə bağlı bütün xərclər Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Müstəqil hüquqşünaslar, habelə beynəlxalq təşkilatlar bu amili məhkəmə orqanlarının müstəqilliynə xələl gətirən hal kimi tənqid edirlər.

Mənbə bildirib ki, yaxın günlərdə “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna ciddi dəyişikliklər həyata keçiriləcək. Bu qurumun tərkibi, səlahiyyətləri genişləndiriləcək, ən əsası müstəqil qurum kimi fəaliyyəti təmin olunacaq.

2019-cu il aprelin 3-də Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Təəssüf ki, aradan 4 il ötsə də Fərmanın icrası təmin edilməyib, yalnız hakimlərin maddi təminatının yaxşılaşdırılması, elektron məhkəmə sisteminin yaradılması və s. tədbirlər görülüb.

Bir neçə gün əvvəl sayt Ədliyyə naziri Fikrət Məmmədovun Şuranın sədrliyindən gedəcəyini və Ali Məhkəmənin sədri İnam Kərimovun onu əvəz edəcəyi ilə bağlı xəbər yaymışdı. İnam Kərimov bu il aprelin 18-dən Ali Məhkəmənin sədri Məhkəmə-Hüquq Şurasının üzvü olub.

Xatırladaq ki, Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Onun tərkibi əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olur. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...