Gəncə Dövlət Filarmoniyasının direktoru "NOT" NƏDİR BİLMİR…

Gəncə Dövlət Filarmoniyasının direktoru
Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifov "Not" nədir bilmədiyi halda, 200 nəfərə yaxın ali və orta ixtisaslı musiqi təhsilli müəllimlərə rəhbərlik etməsi qanun pozuntusudur. Lakin Mədəniyyət Naziri Adil Kərimli bu qanunsuzluğa göz yumur. Mədəniyyət Naziri bütün çıxışlarında, qanunsuzluq olmadığını, yeni şəffaf struktur olduğunu qeyd edir.

Gəncə Dövlət Filarmoniyasının direktoru


Həqiqətlər onun dediklərini təsdiq etmir. Biz arqumentə əsaslanaraq, izah edirik ki, Gəncə Dövlət Filarmoniyasında nəticə çıxarmaq olar ki, bu nazirlik strukturunda hələdə görünüb amma kölgəyə atılan real faktlar öz həllini tapa bilmir. Çünki hələdə Mədəniyyət Nazirliyində daydayı moddadır. Gəncə Dövlət Filarmoniyasının direktoru, sabiq baş Prokurorun birinci müavini Rüstəm Usubovun ailə üzvü olduğundan, söhbəti gedən Filarmoniya direktoruna qaşın üstündə qara var deyən yoxdur.

Gəncə Dövlət Aqrar Universitetinin iqtisadiyyatının bakalavr pilləsini bitirən, Mədəniyyət Nazirliyinin profilinə uyğun olmayan, qeyri-ixtisasçı Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifov adı çəkilən müəssisəyə rəhbərlik edirsə, Mədəniyyət Nazirliyində şəffaflıqdan danışılmağı gülməlidir, elə deyilmi?

Sual doğuran bir məqamı xüsusi ilə qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasında tədbir keçirilməsi üçün tələb olunan 1000-1500 manat pul məbləğinin hansı vəsaitə köçürülməsi, sual altındadır.

Qarşı tərəfin mövqeyini dinləməy hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...