Muxtar Babayevin işçiləri Dövlət Satınalmaları haqqında Qanunu pozub – FOTOFAKT

Muxtar Babayevin işçiləri Dövlət Satınalmaları haqqında Qanunu pozub –
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələri İnkişafı Xidməti Cəbrayıl rayonu ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin salınması üzrə işlərin satın alınması ilə bağlı tenderə yekun vurub.

AzToday.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi “TVM İnşaat” MMC olub. Xidmətlə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 335 391,14 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “TVM İnşaat” MMC 25 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
Muxtar Babayevin işçiləri Dövlət Satınalmaları haqqında Qanunu pozub –

“TVM İnşaat” tikinti sektorunda fəaliyyət göstərir. Musa Ağayevin haqqında isə heç bir məlumat yoxdur.

Hazırda şirkətin 118 235,71 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. Amma hansı səbəbdən bu qadağa “TVM İnşaat” üçün keçərli olmayıb və bu birinci hal deyil.

2020-ci ildə şirkət Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Təmir və Tikinti” MMC-nin keçirdiyi tenderin qalibi olub. Qurumla şirkət arasında maliyyə dəyəri 1 496 017 AZN təşkil edib. Həmin vaxt “TVM İnşaat” MMC-nin 66 718 AZN vergi borcu olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...