Erməniləri Volkova düşmən edən səbəb: Rus komandan niyə istefaya çağırılır?

"Ermənilərin aksiyalarda Andrey Volkovun istefasını tələb etməsi oyundur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Qarabağdakı ermənilərin rus sülhməramlılarının komandanı Andrey Volkovun istefası tələbilə etiraz aksiyası keçirmək niyyətinin arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən deyib. Politoloq bildirib ki, ermənilər bununla Rusiyaya təzyiq etməyə çalışırlar:

"Burada təəccüblü bir şey yoxdur. Çünki İrəvan və Xankəndində oturanların düşüncəsi ondan ibarətdir ki, rus qoşunları mütləq mənada Qarabağdakı erməniləri qorumalı və hər hansı bir hadisə konteksində erməni tərəfindən Azərbaycan ordusuna qarşı döyüşməlidir. Ancaq bu istəklərini səhnədə görmədikləri üçün sülhməramlıların komandanı Volkov səviyyəsində Rusiyaya təzyiq etməyə çalışırlar. Ermənistanda bu sayaq təbliğatın başqa bir tərəfi də var. Əsas hədəf Rusiyanı nüfuzdan salmaqla təcridən Moskvanın orbitindən çıxıb, Qərbə inteqrasiyanı gücləndirməyə nail olmaqdır. Bu, dövlət siyasətidir”.

Ekspertə görə, ermənilər belə aksiyalarla bir tərəfdən Rusiyaya təzyiq etməklə bu ölkəni Azərbaycana qarşı qoymaq, digər tərəfdən də həmin avantüra alınmadığı təqdirdə Moskvanı nüfuzdan salmağı əsas götürüblər:

"Əsas məqsədləri budur. Hər iki halda Ermənistan uduşlu vəziyyətdə qalır. Rusiyada da bunu gözəl anlayırlar”.

Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Qarabağdakı ictimai sektor nümayəndələri yaxın vaxtlarda Rusiya sülhməramlıların təlim mərkəzinin qarşısında onların komandiri Andrey Volkovun istefası tələbi ilə etiraz aksiyaları keçirəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...