Azərbaycanlı "Cananə"yə aşiq olan erməni agenti - DTX səs yazısını və görüntülərini yaydı

Azərbaycanlı "Cananə"yə aşiq olan erməni agenti -
İctimai Televiziyada "Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

Qaynarinfo xəbər verir ki, filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycan vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə necə əlaqə qurmalarından bəhs olunub.

Belə ki, filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Artur Arustamyanın Azərbaycan vətəndaşı ilə əlaqə qurması və ifşa olunması əks olunub.

A.Arustamyan Cananə şərti adı olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə yazışmalara başlayır və ondan məlumatlar toplamağa çalışır.
Daha sonra isə A.Arustamyan "Cananə"yə aşiq olur və özü haqqında bir çox şeyi "Cananə"yə etiraf edib.

"Baş tutmayan tələ” sənədli filmində erməni agentin səs yazısı və görüntüləri də əks olunub.

O, hətta kimliyini isbat etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyanla olan iclasdan şəklini də "Cananə"yə göndərir.

Qeyd edək ki, A.Arustamyan sosial şəbəkələr vasitəsilə müxtəlif Azərbaycan vətəndaşları ilə dialoqlar quraraq məlumatlar toplamağa çalışıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...