Tural Piriyevlə bağlı Prezidentə MÜRACİƏT OLUNACAQ - "Bu Fond “qanuni oğru”dur..."

Tural Piriyevlə bağlı Prezidentə MÜRACİƏT OLUNACAQ -

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev ləğv prosesində olan “AG Bank”ın Kreditorlar Komitəsinin açıq iclasının keçirilməsinə imkan verməyib.

Bu barədə Gununsesi.info-ya vəkil Əkrəm Həsənov deyib.

Vəkil bildirib ki, Tural Piriyev onların polis töküb:

Tural Piriyevlə bağlı Prezidentə MÜRACİƏT OLUNACAQ
Tural Piriyevlə bağlı Prezidentə MÜRACİƏT OLUNACAQ -

“Mən bəyan edirəm ki, bu Fond “qanuni oğru”dur. Qanun ona müflis bankları idarə edib kreditorların pulunu qaytarmağı tapşırıb, o isə sırf şəxsi mənfəətlər naminə çalışıb talanla məşğuldur. Buna görə də şəffaf deyil! Ləğv prosesində olan bütün 21 bankın kreditorlarına müraciət edir birləşməyə çağırıram. Qurultay keçirib Prezidentə müraciət edək ki, vəzifəyə kimi təyin etdiyini bilsin. Prezident ölkədə investisiya mühitini yaxşılaşdırmaq istəyir, belələri isə bunun əksinə gedir. Kreditorların hüquqları qorunmayan ölkədə iqtisadi inkişaf ola bilməz, yalnız belələrinin şəxsi varlanması ola bilər”.
Əkrəm Həsənov əlavə edib ki, belə vəziyyətdə Fondun binasında polis nəzarəti altında iclas keçirmək mümkün deyil:

”İclaslar və planlaşdırılan qurultay başqa yerdə keçiriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...