Vasif Talıbova görə "Araz Naxçıvan"ı məşhər ayağına çəkirlər - Araşdırma başladı

Vasif Talıbova görə "Araz Naxçıvan"ı məşhər ayağına çəkirlər -
Bir neçə gün öncə mətbuatda futbol üzrə I Divizionda çıxış edən “Araz-Naxçıvan” barəsində protokol tərtib edildiyi barədə məlumat yayılıb. Bildirilir ki, Naxçıvan təmsilçisi xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta da ölkəyə geri qaytarılmayıb. İddia təsdiqini taparsa, klubu ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə gözləyir.

Publika.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova bağlılığı ilə tanınan “Araz-Naxçıvan” təkcə cərimə ilə canını qurtarmayacaq. Naxçıvanın yeni rəhbərliyi bu xəbərdən sonra növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış etməyi planlanlaşdıran klubun fəaliyyətinə nəzarət etmək qərarına gəlib.

Artıq Naxçıvan təmsilçisində maliyyə yoxlanışları başlayıb. Kluba ayrılan büdcənin hara xərcləndiyi dəqiqliklə araşdırılır. Hətta klub rəhbərliyi ilə bağlı bu barədə söhbət də olub. Təkcə rəhbərlik deyil, işçilər, məşqçi və futbolçu heyəti də sorğu-sual olunur. Bunun səbəbi klubda maxinasiyaların olub-olmadığını araşdırmaqdır.

Ciddi maliyyə pozuntusu aşkarlanarsa, "Araz Naxçıvan"ın Premyer Liqaya qayıdışı yubana bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...