Vasif Talıbovun evindən qanunsuz silahlar çıxıb, saxlanılanlar var

Vasif Talıbovun evindən qanunsuz silahlar çıxıb,
Şərur Rayon Polis İdarəsinin əməkdaşları, Vasif Talıbovun Aralıq kəndindəki evinə basqın edərək, axtarış aparıb. Hadisə bu gün baş verib. Bu haqda “Gündəlik Naxçıvan”a kənd sakinləri məlumat verib. Vasif Talıbov istefa verdikdən sonra, doğulduğu Aralıq kəndinə köçərək, ailəsi ilə birlikdə həmin evdə yaşayır.

Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Saxlananlardan biri Rövşən Talıbov isə, Vasif Talıbovun əmisi nəvəsidir. Saxlanılan dgər mühafizəçisi Həsənqulu Novruzov rayonun Siyaqut kəndindəndir.

Kənd sakinləri bildirir ki, polis Talıbovların yaşadığı evə qəfil basqın edib:

“Kəndin giriş-çıxışı bir neçə saatlıq bağlandı. Xeyli sayda polis əməkdaşı həyətə basqın etdi. Mühafizəçilərin göz açmağa imkan verməyiblər. Vasif müəllim də evdə olub. Polislər evdə silah axtarırmışlar. Deyilənə görə, xeyli sayda müxtəlif kalibrli vinçestr silahları çıxıb. Onun mühafizəçilərinin silah gəzdirdiyini bilirdik. Ancaq, evdə də silah olmasından xəbərdar deyildik. Həbs olunan mühafizəçilərin biri, Vasif müəllimin əmisi oğlu Abdullanın oğludur. O, həmin evi uzun illərdir ki, mühafizə edirdi. Vasif Talıbov istefa verəndən sonra ailəsi ilə kəndə köçdü, əlavə mühafizəçilər də götürdü. Hazırda, evin həyətinə giriş-çıxış da bağlanılıb”.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DİN-lə əlaqə saxladıq. Nazirlikdən, Şərur Rayon sakinləri Rövşən Talıbov və Həsənqulu Novruzoda qanunsuz silah aşkarlandığını təsdiq etsələr də, əlavə məlumat vermək istəmədilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...