Fuad Muradov niyə diaspora işindən başqa hər işlə məşğuldur? İlginc iddialar
Rusiyanın Dağıstan Respublikasının Mahaçkala şəhərində 01 dekabr 2014-cü ildə yaranmış və 8 may 2018-ci ildə rəsmən bağlı elan edilmiş, Milli-Mədəni Muxatariyyat İctimai Birliyinin rəhbəri kimi Rakif Əzizov, hələ də tədbirlərə dəvət alır və olmayan diasporaya ayrılan pullardan bəhrələnir
Ermənilərin bütün dünyada informasiya müharibəsində bizdən üstün olduqları danılmaz faktdır. Hər nə sirrdirsə, biz dünyada bir ola, 44 günlük Qarabağ müharibəsində olduğu kimi, dəmir yumruq kimi birləşə bilmirik. Sanki, bizə qurd yağı sürtüblər. Ona görə də bizdə birləşmək yox, “məndən ötdü” dəbdədir.
Bu yerdə məşhur bu şeirin müəllifi, ustad şairimiz Məmməd Araza Allahdan rəhmət diləyək və hələ 1967-ci ildə yazdığı həmin şeirdən bir epizodu yada salaq:
“Məndən ötdü...
Bunu dedi Şəki xanı,
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan...
Qəza ötsün məndən,- dedi,
Ötən kimi “mən, mən” dedi:
“Mən, mən” dedi bir ölkədə
nə qədər xan.
Onlar “mən, mən” deyən yerdə,
Sən olmadın Azərbaycan!..”
Bəli, “mən, mən”, “məndən ötdü” deyəndə əlbəttə, Azərbaycan, həmçinin vətənimiz, dövlətimiz olmayacaq. Şairin elə həmin şeirin sonunda dediyi kimi:
“Səndən, məndən ötən zərbə,
Vətən, vətən sənə dəydi”.
Bəli, biz vətənə gələn zərbələr üçün sinəmizi qabağa verməyi bacarmalıyıq. Necə ki, bunu 44 günlük ikinci Qarabağ müharibəsində bütün dünyaya sübut etdik. Deməli, biz döyüş meydanında düşməni məğlub etməyi bacarırıq. Bəs, niyə informasiya müharibəsində düşmənə uduzuruq?
Hamı yaxşı bilir ki, bu gün Azərbaycanının haqq səsinin dünyaya çatdırılmasında, 44 gündə döyüş meydanında qazandığımız qələbəni siyasət masasında rəsmilləşdirilməsində Ali Baş komandan, Prezident cənab İlham Əliyev təkbaşına mübarizə aparır. Nə Azərbaycanın yazılı və elektron KİV-lərinin, nə də xaricdə fəaliyyət göstərən diasporanın, həmçinin səfirliklərimizin işləri lazım səviyyədə deyil. Bundan əlavə, Avropda və dünyada fəaliyyət göstərən, daha doğrusu fəaliyyətsizlik nümayiş etdirən səfirlərimizin çoxu alverlə məşğuldur. Amma, ermənilərin milyonerləri öz diasporaları üçün kifayət qədər pullar xərcləyirlər və o pullar da Azərbaycanın əleyhinə olan informasiyalara sərf olunur. Bunun üçün yaşadıqları ölkədə deputatlar, nazirlər, jurnalistlər, televiziyalar və ayrı-ayrı iş adamları ələ alınlır və onları bizim əleyhimizə danışdırırlar. Nəticədə, biz haqlı olsaq da, dünya ictimaiyyətinin gözündə, haqsız duruma düşürük.
Bizdə də diasporun fəaliyyətini, daha doğrusu fəaliyyətsizliyini əlaqələndirən Diasporla İş üzrə Dövlət Komitəsi var. Bu Komitə öz işinin öhdəsindən gələ bilmir. Avropada və dünyada az da olsa, fəaliyyət göstərən diaspora sədrlərinə müəyyən məbləğdə pullar verilir ki, Azərbaycan həqiqətlərini dünyaya yaysınlar və ermənilərin necə qəddar. işğalçı bir millət olduğunu yerli ictimaiyyətə çatdıra bilsinlər. Əksər diaspora rəhbərləri ayrılan pulları təyinatı üzrə sərf etmirlər. Kimisi özünə maşın, əyin-baş alır, kimisi qızıl-zinət əşyaları almağa üstünlük verir, kimisi də özünü həmin pulla plastik əməliyyat etdirir. Nəticədə, yerli ictimaiyyət Azərbaycanın haqlı işindən xəbərsiz olur. Bu, bir reallıqdır ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora sədrlərinin 70-80 faizi baş girləməklə məşğuldurlar.20 faizi isə öz vicdnlarının və cüzi vəsaitlərinin hesabına xaricdə vətən yolunda, sözün birbaşa mənasında əsl mücadilə verirlər. Diaspora rəhbərləri hər hansı tədbir və ya qurultay üçün Azərbaycana dəvət olunanda, yol pullarını belə, Diasporla İş üzrə Dövlət Komitəsi yox, özləri ödəyirlər. Gələn nümayəndələrin yol pullarını Diasporla İş üzrə Dövlət Komitəsi hara xərcləyir, daha onu bilmirəm. Məhz bu səbəblərdən ermənilər informasiya müharibəsində bizdən öndədirlər.
Təzəlikcə isə, diasporamız barədə olduqca maraqlı, hətta mən deyərdim sensasiya doğuracaq məlumat almışıq. Adam dəhşətə gəlir ki, bu qədər də özbaşınalıq olarmı? Sonra da deyirik ki, ermənilər niyə informasiya müharibəsində bizi üstələyirlər?
Verilən məlumat ondan ibarətdir ki, Rusiyanın Mahçkala şəhərində diasporamız mövcud deyil. Daha doğrusu, mövcud olub, indi isə yoxdur. Belə ki, 01.12.2014-cü ildə bəh-bəhlə Mahaçkala şəhərində “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı Yerli İctimai Birliyi” adlı diaspora təşkilatı yaradılıb. Elə həmin bəh-bəhlə də Əzizov Rakif Abbas oğlunun ora sədr seçiblər. Bizim Diasporla İş üzrə Dövlət Komitəsi də yenə bəh-bəhlə bu diasporanı tanıyıb və əməkdaşlıq etməyə qərar verib. Bizə internetdən götürülüb verilən məlumatdan görünür ki, bu diaspora təşkilatının heç bir əlaqə telefonu, saytı və elektron poçtu yoxdur. Bircə yerləşdiyi hüququ ünvan göstərilib: 367027, Dağıstan Respublikası, Mahaçkala şəhəri, Kərimov küçəsi ev 7. Bu təşkilat necə fəaliyyət göstərib, dəqiq məlumatımız yoxdur. Amma verilən internet məlumatından aydın olur ki, “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı Yerli İctimai Birliyi” adlı təşkilat 8 may 2018-ci ildən, fəaliyyət göstərməyən hüquqi şəxs kimi rəsmən bağlı elan edilib.
Sual oluna bilər, axı nə olsun, təşkilat bağlana da bilər, açıla da bilər. Təbii, doğrudur. Məlumat üçün qeyd edim ki, bağlandığı tarixdən bu Milli-Mədəni Muxtariyyat İctimai Birliyi heç bir fəaliyyət göstərməyib. Amma, onun sədri olmuş, Rakif Əzizov diaspora rəhbəri kimi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən, sayılır, seçilir, tədbirlərə dəvət edilir. Hətta, fəal diaspora sədri kimi, yaxasından medal da asırlar. Görünür, təkbaşına fəaliyyət göstərmək daha yaxşıdır və yuxarılarda da hörmətin, izzətin yüksək olur. Maraqlıdır ki, Rakif Əzizov diaspora rəhbəri olaraq fəaliyyət göstərməsə də, özü şəxsən diaspora rəhbəri kimi ötən il Şuşada keçirilən diaspora qurultayına da dəvət alıb. Maraqlıdır, görəsən Rakif Əzizovun nəyi və harası diaspora rəhbərliyinə xoş gəlib ki, öz dəyərli medallarını da ona verməkdən çəkinmirlər? Bəs görəsən, bu Rakif Əzizovun yuxarıda adamı kimdir ki, heç bir fəaliyyəti olmayan və rəsmən bağlı elan edilən diasporanın rəhbəri kimi, hər yerdə sayılır, seçilir və bütün tədbirlərə dəvət alır? R.Əzizovu belə gülməşəkər edən məmur(lar) kimdir axı? Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycanın həqiqətlərinin dünyaya yayılması üçün nəzərdə tutduğu pullar nəyə görə adi bir vətəndaşa sərf olunmalıdır? Buradan əməlli-başlı korrupsiya iyi gəlir. İnanmaq istərdik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hər hansı bir əməkdaşı, bu məsələni araşdırsa, çox ciddi yeyinti faktları üzə çıxacaq. Diaspora Komitəsinin hansısa bir əməkdaşı görünür, həmin Rakif Əzizovla əlbirdir və bu yolla babat pullar “yuya” bilirlər. Bununla da dövlətin pulunu göyə sovururlar, daha doğrusu ciblərə doldururlar. Hələ onu demirəm ki, “Mahaçkalada Diasporamız çox əla işləyir”deməklə, hörmətli prezidentimizi də aldadırlar. Ancaq, ola da bilər, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradovun bu məsələdən xəbəri olmasın. Çünki, adı olub, özü olmayan sabiq diaspora rəhbərini tədbirlərə dəvət etmək, ona pullar ayırmaq, yaxasından medal asmaq çox ciddi və utancverici faktdır ki, buna da Fuad Muradovun imza atacağı şübhəli görünür. Sonra da deyirik, informasiya müharibəsində niyə ermənilərdən geri qalırıq? Ancaq bu yazıdan sonra, inanırıq ki, cənab Fuad Muradov Korrupsiya İdarəsindən əvvəl bu məsələni özü şəxsən araşdıracaq. Nəticə olaraq, Rakif Əzizov və onunla əlbir olan Diaspora Komitəsinin hansısa məmuru ciddi cəzalanacaq.
Elçin MƏMMƏDLİ //tezadlar.az//
557 dəfə oxundu