DSMF bu şəxsdən ofis icarəyə götürdü – Ayda 96 min verəcək...

  DSMF bu şəxsdən ofis icarəyə götürdü –

"Dövlət Sosial Müdafiə Fondu" (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsinin qalibi Həsənova Qaze Həsən qızı (VÖEN- 1600110362) olub.

DSMF Həsənova Qaze Həsən qızından DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsini icarəyə götürəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 10 000 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 9 aylıq icarə haqqı olaraq 870 min 585 manat ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 96 min 732 manat ödəyəcək.

Qeyd edək ki, DSMF əvvəlki illərdə də Qaze Həsənova ilə 2 icarə müqaviləsi bağlayıb. 2020-ci ildə 9 200 kv. metr ofis sahəsini 12 aylıq icarəyə götürüb və 993 min 600 manat ödəyib. 2021-ci ildə isə 3 000 kv. metr ofis sahəsini 12 aylıq icarəyə götürüb və 556 min 200 manat ödəyib.

Onu da bildirək ki, DSMF ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan digər qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
363 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...