Özünə qəbir qazıb, MEDİAnı ora dəfn edənlər - OVQAT

Özünə qəbir qazıb, MEDİAnı ora dəfn edənlər -

Azərbaycan mediası can verir. Əli Həsənovu xatırlayırsınız yəqin. Prezidentin sabiq köməkçisi. Adam Bakıda köşklər yaratdı, ardından da paytaxtda əldə qəzet satışı qadağan olundu. Dedilər şəhərin görüntüsünü pozur. Daha sonra Mətbuat Şurası var idi onlara da bir MİSSİYA həvalə etmişdilər, üzəduranlıq, qaralama, işverənlik. İşverənlik mətbuat nümayəndələrinə iş yeri yaratmaq deyildi, ləğv edilmiş MTN ilə əlbir olub daha böyük, EŞŞƏK boyda reketlik etmək idi.

Daha sonra MTN ləğv edildi. Ardından da hamı, hamımız düşündük ki, bitdi Əli Həsənov erası. Yeni dövr başlayacaq. Düşündük ki, indi Səbayel rayonunda 200 minlik ev alan katibə, sürücü, "jurnalistlər" də ağ günə çıxacaq. Çıxdılar. Dəfn etdilər Əli Həsənovu. Özləri də gəlib yas yerində iştirak edib, dalınca qeybət edib dağılışıb təzə KRALA biət etməyə başladılar.

KİVDF öldü... Yaşasın MEDİA!

Yenə daha 5 il keçəcək MEDİA-nı da öldürəcəklər. Elə bir zamanlar Əli Həsənovu dəfn edənlər, gün gələcək Əhməd İsmayılovu da basdıqacaqlar sözün poetik anlamında...

Amma Əhməd İsmayılov bir az da irəli gedə bilir. Ömrünün yarıdan çoxunu mətbuata həsr edən, 10 illərlə mediada olan adamlara "siz yoxsunuz" deyəcək... Çox az qalıb. Əhməd bəy mehribandır, gəncdir. Amma onun qəbuluna düşmək olmaz. Onu çox məşğul etmək olmaz. Çünki onun çoxlu işləri var. Təzə qanun da var axı... Ayə kimi, surə kimi, səhih hədis kimi.
MEDİAnın 90 min kəlamı var... Əhməd İsmayılov da 90 gündən bir media təmsilçiləri üçün qəbul keçirə bilir...

Musa Peyğəmbər kimi işi çoxdur, düşünür ki, indi bir zamanlar bu Əli Həsənova yaltaqlanan qövmü ardına alıb 40 il gəzdirəcək
səhrəda...

Güman edirəm ki, bu yazım reyestere də, reysə də düşdü....



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...