“Sertifikatı bizim işlədiyimiz şirkətdən alın” - Gömrükdə qanun pozuntusu İDDİASI + FOTO
Vətəndaş Dövlət Gömrük Komitəsindən (DGK) narazıdır.
Bu barədə sahibkar Ramiz Hüseynov Oxu.Az-ın redaksiyasına ünvanladığı şikayətdə bildirib.
Sahibkar iddia edib ki, DGK-nın əməkdaşları onlara təqdim edilən uyğunluq sertifikatını tanımırlar:
“Bizim şirkət 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimizin əsas fəaliyyəti əlvan metal qırıntılarının istehsalıdır və məhsullar xaricə ixrac edilir. Yeddi ay bundan əvvəl bizə göstəriş gəldi ki, ixrac etdiyimiz mis və bürüncün ölkədən çıxarılmasına icazə verilmir və maşınlar gömrük postunda saxlanılır. Bununla bağlı bizə heç bir səbəb deyilmədi. Bildirim ki, Nazirlər Kabinetinin 263, 609-cu qərarlarına əsasən, məhsulları xaricə yollayan zaman DGK-ya sənədlər təqdim edirik. Bunların içində məhsulun uyğunluq sertifikatı da var. Təbii ki, biz də bu sertifikatı almışıq.
Son iki aydır ki, problemlə üzləşirik. DGK sədrinin birinci müavini, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İsmayıl Hüseynovun qeyri-rəsmi göstərişi ilə sertifikatın özlərinə yaxın digər bir qurumdan alınması tələb edilir. Qeyd edim ki, qeydiyyatdan keçən, akkreditasiya olunmuş şirkət bizə uyğunluq sertifikatı verib. İ.Hüseynov tutduğu vəzifədən sui-istifadə edərək, vəzifə səlahiyyətini aşaraq, bu cür göstəriş verib.
Təsəvvür edin ki, 2022-ci il dekabrın 17-də DGK-yə məhsulun xaricə getməsi üçün müraciət etmişik, amma maşın bu il yanvarın 7-də buraxılıb. Təxminən 20 gün vaxt ərzində mən maşının orada gözləməsi üçün 2000 dollar pul vermişəm. Halbuki məhsullarımız DGK-nın öz laboratoriyasında yoxlanılıb, bizə ekspertiza rəyi verilib ki, heç bir problem yoxdur. Amma məhsullar üçün istədikləri şirkətdən sertifikat almadığımıza görə maşınlarımız saxlanılıb.
Biz etiraz etdikdən sonra: “Bu dəfə malları buraxırıq, gələn dəfə uyğunluq sertifikatını bizim işlədiyimiz şirkətdən alın”, - dedilər. Bildirdim ki, tez bir zamanda sertifikat almaq olmur, onlar gəlməli, yoxlamalıdırlar. Mənə İsmayıl Hüseynov dedi ki, “Mən telefonla İlham Bayramov adlı şəxsə deyəcəyəm, sizə sertifikat tez veriləcək”. Mən akkreditasiya olunan şirkətdən sertifikatı almışamsa, niyə Dövlət Gömrük Komitəsinin istədiyi yerdən almalıyam? Qanunla belə tələb varsa, bizə təqdim edilsin”.
Sahibkar qeyd edib ki, bu il yanvarın 10-da istehsal etdikləri bürüncdən hazırlanan gəmi lövhələrini xaricə yollamaq üçün DGK-yə müraciət olunub:
“Amma məhsulların uyğunluq sertifikatının bunların istədiyi kimi olmaması səbəbindən maşınları orada saxlayırlar. Biz laboratoriyada bildirdik ki, buraxmırsınızsa, başa düşürük, amma bunun səbəbini göstərin. Heç bir izah verilmir. Sadəcə, bir cümlə yazılıb ki, sənədlər tam təqdim olunmadığı üçün ekspertiza keçirmək mümkün deyil. Necə ola bilər ki, ötən ilin dekabrında göndərdiyim eyni mal keçir, bu dəfə yox?
Biz malı göndərmişik ki, DGK, tərkibini yoxla. Bəlkə, heç göndərdiyim məhsul başqadır? Son iki ayda elə mən maşının orada saxlanılmasına görə komitəyə 10-12 min dollar boşuna pul vermişəm. Hər maşında 2000 dollardan çox pulu orada saxlanmağa görə verəcəyəmsə, mən nə qazanım? Bu o deməkdir ki, mən sahibkar kimi müəssisəni bağlayım, gedim. Əgər maşınlarımızı vaxtlı-vaxtında buraxsaydılar, biz boşuna pullar itirməz, pulları vergi borclarımızın ödənilməsinə yönəldərdik”.
O qeyd edib ki, bu gün şirkətin orada üç maşın gözləyir və hər günə görə də pul hesablanır:
“Hazırda Bakı Baş Gömrük İdarəsində ən azı 150 nəfər işləyir. Orada bir rəis, bir də inspektor bəsdir. Çünki adi məlumat almaq istəyəndə inspektora, şöbə rəisinə, müavinə... yaxınlaşırsan, deyir ki, rəisin göstərişidir, gərək onunla məsləhətləşək, sonra. Məlumat üçün də rəis tapşırıq verməlidir”.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən müxtəlif hüquqi şəxslər tərəfindən saflaşdırılmış mis və bürüncün gömrük ödənişlərindən yayınmaq məqsədilə müxtəlif istehsal malları adı ilə, habelə “xaricdə emal” və digər gömrük prosedurları altında ölkədən çıxarılması, bu zaman “Standartlaşdırma haqqında” Qanunun və digər qanunvericilik aktlarının tələblərinin pozulması, sənədlərdən aldatma yolu ilə istifadə edilməsi, bu əməliyyatlardan əldə olunmuş külli miqdarda xarici valyuta vəsaitlərinin geri qaytarılmaması ilə əlaqədar cinayət xarakterli 29 fakt aşkar edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib:
“Gömrük orqanları tərəfindən ölkəmizin iqtisadi təhlükəsizliyinə və qanuni fəaliyyət göstərən istehsalçıların mənafeyinə ziyan vuran bu cür halların qarşısının alınması və qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir”.
“Dövlət Gömrük Komitəsi bəyan edir ki, bu tədbirlərin dəfələrlə mis ixracı ilə əlaqədar əməliyyatlarda cinayət xarakterli hüquqpozmalara yol vermiş şirkətin nümayəndəsi tərəfindən müxtəlif kütləvi informasiya vasitələrində ictimaiyyətə “qanunsuz tələblər irəli sürülməsi və ya süründürməçilik” kimi təqdim edilməsi əsassızdır, ictimai fikri yayındırmaq məqsədi daşıyır və gömrük orqanlarının fəaliyyətinə təsir kimi qiymətləndirilir”, - deyə məlumatda qeyd edilib.
436 dəfə oxundu