Səttar Mehbalıyevi də yoxlayan olacaqmı? uzun illərdir bir imperiyanı idarə edir

Səttar Mehbalıyevi də yoxlayan olacaqmı?
AHİK-də birbalaca ədalətli yoxlama olarsa, külli-miqdarda korrupsiya faktlarının
aşkarlanması mütləqdir, qaçılmazdır

Səhv etmirəmsə, el arasında belə deyilir: Respublika Həmkarlar İttifaqı, yəni (AHİK). Bu ittifaqın uzunömürlü Səttar Mehbalıyev adlı sədri var.

Bildiyimiz kimi bu ittifaqın vəzifə borcu bütün sferalarda çalışan işçilərin pozulmuş hüquqlarını müdafiə etməkdən ibarətdir. Çox təəssüflər olsun ki, bu heç də belə deyil. Kütlə arasında sorğu keçirsək çoxları belə bir təşkilatın adı var, özü yoxdur deyəcək. Amma, AHİK-də birbalaca ədalətli yoxlama olarsa, külli-miqdarda korrupsiya faktlarının aşkarlanması mütləqdir, qaçılmazdır.

AHİK-in nəzdində: Bu gün Azərbaycanda 9 sanatoriya fəaliyyət göstərir. Bunlar Bilgəh kardioloji, “Abşeron” mədə-bağırsaq, “Günəşli” sinir sistemi, “Qaranquş” böyrək xəstəlikləri, “Şıx” sümük-əzələ sistemi sanatoriyaları və “Şəfa” müalicə pansionatıdır. Regionlarda isə Naftalan, Qalaaltı və Ulusu sanatoriyaları hazırda xidmət göstərir. Eyni zamanda istirahət müəssisələri də fəaliyyət göstərir. “Xəzər” turist bazası və “Şahtaxtı” istirahət evinə putyovka əldə etmək olar. Bu müalicə mərkəzlərinə putyovkaların qiymətlərinə gəlincə, sanatoriyalara yollayışların minimum xərci 358 manatdır, maksimum məbləğ isə 900 manat. Bu isə 200-300 manat maaşa çalışanların cibinə uyğun deyil. Qiymətlər putyovkaların növlərinə görə dəyişir. Kurortlarda adi, yarımlüks və lüks şəraiti olan otaqlar təklif olunur. Qiymətlər də məhz otaqların komfortluq göstəricilərinə əsasən fərqlənir.

Qeyd edək ki, AHİK-in tabeliyində olan 18 sanatoriyanın əksəriyyətində hələ də qaçqın və məcburi köçkünlər yaşayır. AHİK sədri Səttar Mehbalıyev deyir ki, Azərbaycan turizm ölkəsinə çevrildiyindən sanatoriyaların öz təyinatları üzrə işləməsi zərurəti yaranıb: “Həmin sanatoriyalar tədricən boşaldılmalıdır. Hazırda sanatoriyaların 70 faizində 8500-ə yaxın qaçqın-köçkün yaşayır. Lakin sanatoriyalar boşaldılandan sonra onların təmiri üçün xeyli vəsait lazımdır. Bu sanatoriyalar müasir tələblərə uyğun yenidən qurulmalıdır”.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
N.İsaoğlu //Azərbaycan Cümhuriyyəti//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...