Nazirlikdən videosu yayılan direktorla bağlı açıqlama - "Araşdırılır, şantaj xarakterli də ola bilər"

Nazirlikdən videosu yayılan direktorla bağlı açıqlama -

Azərbaycan Elm və Təhsil Nazirliyi İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayev ilə bağlı "Tik-Tok”-da yayılan videoya aydınlıq gətirib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib ki, məlum video ilə bağlı araşdırma aparılır: "Regional təhsil idarəsinə məlumat vermişik, məsələni araşdırsın və nazirliyə məlumat versin. Bu şantaj xarakterli də ola bilər”.

Qeyd edək ki, İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevin "Tik Tok”da videosu yayılıb. Videoda Ə. İsayev yorğan-döşək yığılan çarpayının üzərinə çıxaraq qəribə hərəkətlər edib. Direktorun bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...