Kreml Putinin Milad bayramında harada olacağını bilmir: Donetsk, ya kilsədə?..

Kreml Putinin Milad bayramında harada olacağını bilmir:

Kremlin Rusiya prezidenti Vladimir Putinin Milad bayramı üçün Donetskə getmək planlarından xəbəri yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Bizim belə şayiələrdən xəbərimiz yoxdur", deyə Peskov qeyd edib.

Eyni zamanda, agentlik əlavə edir ki, Kreml hələ Putinin Milad mərasimində harada olacağını dəqiqləşdirməyib.

Bundan əvvəl Dmitri Peskov prezidentin Rusiya Federasiyasının bölgələrindən birində mərasimdə iştirak edib-etməyəcəyi və ya Novo-Oqaryovodakı kilsəyə gəlib-gəlməyəcəyi ilə bağlı suala cavab verərək, "Nə o, nə o biri", deyib və sonra bu haqda məlumat verəcəyini vəd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...