Şirvanda iki nəfərin güllələnməsi ilə bağlı rəsmi Açıqlama

Şirvanda iki nəfərin güllələnməsi ilə bağlı rəsmi


Daxili İşlər Nazirliyi Şirvanda törədilən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk edib. Z. Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilib E.Nəciyev isə orada ölüblər. Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...