Azərbaycan vətəndaşı aeroportda 1 milyon dollarla saxlanıldı

Azərbaycan vətəndaşı aeroportda 1 milyon dollarla saxlanıldı


Moskva Şeremetyev hava limanının əməkdaşları qanunsuz şəkildə gömrükdən 1 milyon 701 min 300 dolları keçirməyə cəhd edən azərbaycanlını saxlayıblar.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Federal gömrük xidmətinin mətbuat xidmətindən bildiriblər ki, “qırmızı dəhlizdə” müfəttiş Dubaydan gələn sərnişini saxlayıb. Sərnişin müfəttişə ancaq 1 milyon 1300 dolların deklarasiyasını göstərib. Deklarasiya edilməmiş məbləğ isə 700 min ABŞ dolları təşkil edib. Bu isə gömrük qanunvericiliyi ilə icazə verilən nəğd puldan 5 dəfə çoxdur. Hazırda Azərbaycan vətəndaşına qarşı cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1240 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...