3 nəfəri öldürdü həbs olunmadı Azərbaycanda şok məhkəmə hökmü

3 nəfəri öldürdü həbs olunmadı


Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə martın 25-də Mingəçevirdə 3 nəfərin ölümü ilə nəticələnmiş avtobus qəzası törətməkdə təqsirli bilinən sürücü Elgün Hüseynovun məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, sürücü E.Hüseynov Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, məhkəmənin ilkin iclası aprelin 15-də keçirilmşdi. Zərərçəkən şəxslər prosesə qatılmadığından məhkəmə təxirə salınmışdı. Zərərçəkən Elmir Qəmbərovun virtualaz.org saytına verdiyi açıqlamaya görə, ona göndərilən çağırış məktubu prosesin başlandığı gün gəldiyindən məhkəməyə gedə bilməyib. Maraqlıdır ki, 3 nəfərin ölümü, 15 nəfərin yaralanmasına səbəb olan sürücü barədə həbs-qətimkan tədbiri seçilməyib. O, hazırda ev dustaqlığındadır. Növbəti proses sentyabrın 23-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1359 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...