Zaqatalada avtomobil ağaca çırpılıb, sürücünün 7 yaşlı qızı ölüb

Zaqatalada avtomobil ağaca çırpılıb, sürücünün 7 yaşlı qızı ölüb


Azərbaycanın Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqustun 10-u saat 23.00 radələrində rayonun Gözbarax kəndi ərazisində qeydə alınıb. Rayonun Mamrıx kənd sakini, 1985-ci il təvəllüdlü Qəhrəman Şirin oğlu Canayev idarə etdiyi “VAZ 21112” markalı, Rusiya dövlət nömrə nişanlı avtomobillə əvvəlcə qarşısına çıxan atı vurub, daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücünün 7 yaşlı qızı Dünya Canayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən yolda ölüb. Müxtəlif bədən xəsarəti almış Qəhrəman Canayev və avtomobildə olan sərnişinlər, onun yaxın qohumları -1988-ci il təvəllüdlü Şərqiyə Zakir qızı Balayeva və 1956-cı il təvəllüdlü Nazxanım Məhəmməd qızı Aydəmirova MRX-a aparılıblar.

MRX-dan APA-ya verilən məlumata görə, Şərqiyə Balayeva aldığı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qəhrəman Canayevin və Nazxanım Aydəmirovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...