Bakıda iki silah taciri tutuldu

Bakıda iki silah taciri tutuldu


Qanunsuz silah-sursat alveri ilə məşğul olan iki nəfər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı tüfəng və 40 ədəd patron götürülüb.

Araşdırmalar zamanı K. Məmmədovun tüfəngi satmaq məqsədi ilə Neftçala rayon sakini Amil Heybətovdan alması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə A. Heybətov da tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1290 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...