İcra Hakimiyyətinin internet xəttini oğurlamaq istəyən şəxs həbs edildi

İcra Hakimiyyətinin internet xəttini oğurlamaq istəyən şəxs həbs edildi
Ağsu Rayon İcra Hakimiyyətinin binasına gedən optik internet xəttinin oğurlanmasına cəhd edilib.



Hadisə Ağsu şəhəri, Niyazi Tağızadə küçəsində baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Anar Kərimli rayon icra hakimiyyətinin inzibati binasına gedən optik internet kabellərini oğurlayıb satmaq qərarına gəlib. O, buna görə özünə dostlarından birini də köməkçi götürüb. A.Kərimli xüsusi kəsici avadanlıqla həmin əraziyə gələrək Ağsu Rayon İcra Hakimiyyətinin binasına gedən optik xətti kəsib. Kabeli oğurlayan zaman icra hakimiyyətinin gözətçiləri ilə rastlaşdığından əməllərini sona çatdıra bilməyib, ərazidən qaçıblar.



A.Kərimli Ağsu Rayon Polis Şöbəsinə dəvət olunsa da, polisə tabesizlik göstərib.



İş məhkəməyə göndərilib və A.Kərimli 15 sutka həbs edilib.



Oxu.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...