Haker qruplarının yaradılmasına şok məbləğ ayrıldı - RƏSMİ

Haker qruplarının yaradılmasına şok məbləğ ayrıldı -
Böyük Britaniya hökuməti süni intellektin tətbiqinə və düşmən dövlətlərin fəaliyyətinə qarşı çıxmaq üçün kiberhücumlar həyata keçirəcək qrupların yaradılmasına 1 milyard funt sterlinqdən (1,35 milyard dollar) çox vəsait xərcləyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə istinadən “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nazir qeyd edib ki, “klaviaturalar müharibə silahına çevrilib”, ona görə də belə texnologiya və qurğuların istifadəsi müdafiədə “yeni standartlar” müəyyən edəcək. Qəzetin yazdığına görə, bu sahədə yeni siyasət hökumətin Böyük Britaniyada təhlükəsizlik, müdafiə və xarici siyasətə dair hərtərəfli icmalında öz əksini tapacaq. Sənəd iyunun 2-də dərc olunacaq.

Nəşr yazır ki, son iki ildə Krallığın Müdafiə Nazirliyi 90 minə yaxın kiberhücuma məruz qalıb ki, bu da 2023-cü ildə dərc olunan məlumatlarla müqayisədə iki dəfə çoxdur.The Daily Telegraph hücumların Rusiya və Çindən edildiyini vurğulayır.

Bundan əvvəl “The Guardian” yazıb ki, Britaniya Silahlı Qüvvələri artıq Estoniya kimi ölkələrdə süni intellektə əsaslanan texnologiyaları sınaqdan keçirir, burada sistemlər “potensial təhlükələri avtomatik olaraq müəyyən etməyə və onlara qalib gəlmək üçün hansı silahların daha effektiv olacağını müəyyən etməyə qadirdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...