Bir qayanın üzərində tapılan neandertal barmaq izi alimləri çaşdırdı

Bir qayanın üzərində tapılan neandertal barmaq izi alimləri çaşdırdı

Neandertallar - bu günkü insanla eyni dövrdə yaşamış, lakin tarix səhnəsindən silinmiş "vəhşi" qohumlarımızdır. Onlar haqqında məlum olanlar məhduddur. Lakin İspaniyada tapılan bir barmaq izi, onların zehni bacarıqları barədə maraqlı ipucları verir.

Qaynarinfo xəbər verir ki, Orta İspaniyanın San Lazaro qaya sığınacağında tapılan qırmızı iz - elm adamlarının fikrincə, bu günə qədər aşkar edilmiş ən bütöv neandertal barmaq izi ola bilər. İz, qırmızı boya ilə qaya üzərində üz cizgilərini təsvir etməyə çalışan bir neandertalə aid ola bilər. Alimlər bunun neandertalların zehni qabiliyyətlərinə dair yeni sübutlar ortaya qoyduğunu bildirirlər.

Bu tapıntı, neandertalların da bizim kimi cansız obyektlərdə üz görmə meylinə sahib olduğunu göstərir. Elm dilində bu fenomen pareidoliya adlanır.
Bir qayanın üzərində tapılan neandertal barmaq izi alimləri çaşdırdı

Neandertallar homosapienslər qədər ağıllı olmasalar da, uzun müddət onlarla birlikdə yaşayıblar. Fiziki cəhətdən daha güclü, vəhşi və aqressiv olan neandertalların bəzən insanları da ovlayaraq yedikləri iddia olunur. Lakin zehni qabiliyyətləri daha yüksək olan homosapienslərin onları ovlayaraq tədricən məhv etdiyi düşünülür. Bu səbəbdən bəzi tədqiqatçılar neandertalların bir növ "soykırıma" uğradığını irəli sürürlər. Təbii ki, bütün bu hadisələr 150 min il və ya daha əvvəl baş verib.

Tapılan iz, neandertalların müəyyən səviyyədə "sənət" yarada bilmək bacarığını nümayiş etdirə bilər. Qaya üzərində üz təsvir etməyə çalışmaq, daha yüksək səviyyədə ünsiyyət qurma cəhdi kimi də dəyərləndirilə bilər.

Bununla belə, elm adamları bu daş parçasının həqiqətən insan üzünü təmsil edib-etmədiyi və ya sadəcə bir təsadüf olub-olmadığı barədə yekdil fikrə malik deyillər. Neandertallar haqqında bu cür nəticələrə gəlmək üçün daha çox və daha konkret dəlillərə ehtiyac var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
119 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...