Məşhur uşaq bağçasında şiddət - VİDEO

Məşhur uşaq bağçasında şiddət -
Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

Görüntüdə müəllim uşağı qəfil yerindən qaldırır, digər azyaşlını su qabını əlində tutmağa məcbur edir. Ardından məhz onun əli ilə uşağın başına zərbə endirir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakupost.az -a verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.


VİDEONU BURADAN İZLƏYƏ BİLƏRSİNİZ


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
186 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...