DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - bu nə düşüncədir, nə idarəetmədir?

DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -
Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verməklə məşğuldur.

DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -


Zəka Mirzəyev


Gundeminfo.az-ın Tribunainfo.az-a istinadən xəbərinə görə, Fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib. Həmçinin verilən məlumatda deyilir ki, Fond sədri bacısının həyat yoldaşı Şahin Əliyevi də özünə müavin təyin edib.

DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -


Zəka Mirzəyevin Mail Məmmədovu və Şahin Əliyevi hansı meyar və göstəricilər əsas vəzifəyə təyin etdiyi məlum deyil. Adı çəkilən şəxslərin peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumat əldə edə bilmədik.

DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -


Maraqlıdır, Z.Mirzəyev xalası oğlu və bacısının yoldaşını müəyyən vəzifələrə təyin edən zaman onları hər hansı müsabiqə, yoxlama və ya seçim mərhələsindən keçiribmi?

Bu təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərmişik. Lakin hələlik bununla bağlı sorğuya cavab verilməyib.

Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...