Bakıda saxta dollar satanlar tutuldu

Bakıda saxta dollar satanlar tutuldu

Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən virtualaz.org-a bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Emin Abuşov 796 ədəd 100 dollarlıq saxta əskinası 49 min manata satmaq istəyərkən saxlanılıb. Aparılmış tədbirlərlə ona saxta əskinasların Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

Faktla bağlı BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.

Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
997 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...