Yeni ilin ilk günü: Kiyevə kütləvi hücum edildi

Yeni ilin ilk günü:
Yanvarın 1-də Rusiya kamikadze dronlarının Kiyevə hücumu nəticəsində iki nəfər həlak olub, azı 7 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb.

“Rusiya PUA-larının səhər hücumu nəticəsində Kiyevin Peçerski rayonunda yaşayış binasında dağıntıları təmizləmək üçün aparılan iş zamanı qadın cəsədi tapılıb. Xəsarət alanlar arasında iki hamilə qadın da var”, - məlumatda deyilib.

Hazırda xilasetmə əməliyyatı davam edir.

Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Yeni il gecəsi Rusiya dörd istiqamətdən 111 pilotsuz təyyarə ilə Ukraynaya hücum edib. Hava hücumundan müdafiə sistemləri onların əksəriyyətini vurub.

“Şahid” tipli 63 PUA-nın və digər pilotsuz uçan aparatların vurulduğu təsdiqlənib”, - məlumatda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...