"İAMZERV TƏDRİS MƏRKƏZİ"-indən şikayət - FOTOLAR

"İAMZERV TƏDRİS MƏRKƏZİ"-indən şikayət -
Sosial mediada saxta kampaniya aparmaqla xeyli vətəndaşı aldadan "İAMZERV TƏDRİS MƏRKƏZİ" MMC-dən şikayətlənənlərin sayı artır.

Gundeminfo.az-ın Mia.az-a istinadən məlumatına görə, "İAMZERV TƏDRİS MƏRKƏZİ" MMC-nin (VÖEN 1406921041) rəhbəri İsmayılov Azər Şahmar oğlundan (Ünvan: Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küç. ev.34 m.17) yenə şikayətlənən var.

Mia.az-a müraciət edən Ağcabədi rayon sakini Türkan Bayarmova bildirib ki, təxminən 7 ay əvvəl Azər İsmayılovun sosial mediadakı reklamlarına aldanıb: "Onunla əlaqə yaratdım, 3 aya ingilis dilini öyrətmək üçün kart hesabı yolladı. Mən də tələb olunan 100 manatı ödədim (qəbz aşağıda təqdim olunub - Mia.az). Lakin aradan 7 aya yaxın vaxt ötsə də, o, hər dəfə bir bəhanə ilə nə tədrisi təşkil elədi, nə də pulumu geri verdi. Dəfələrlə bununla bağlı ona zəng etdim, mesaj yazdım, ancaq xeyri olamdı. Sonra Sizin saytda onun başqalaırnı aldaması barədə xəbər oxudum deyə Sizə müraciət etdim".

Şikayətçi məsələyə hüquq-mühafizə orqanlarının müdaxiləsini xahiş edir: "Bəlkə bu 100 manat zər üçün pul sayılmır, hərədən bir yolla alır gizlənir, ancaq məinmüçün çox böyük puldur. Xahş edirəm, pulumun geri qaytarılmasına köməklik olunsun".

Xatırladaq ki, Azər İsmayılov sosial media şəbəkələrdində 3 ay ərzində ingilis dilini öyrədəcəyi haqda saxta reklamlar yayır.

Məlumata görə, pul onun kart hesabına köçürüləndən sonra isə "reklam mətnləri"ndə qeyd olunan +994513311723 və +99453120901 nömrələrinə zənglərə, o cümlədən +99453120901 nömrəli whatsap zənglərinə cavab vermir.

İddiara Azər İsmayılovun mövqeyini də əlavə etməyə hazırıq.
"İAMZERV TƏDRİS MƏRKƏZİ"-indən şikayət -
"İAMZERV TƏDRİS MƏRKƏZİ"-indən şikayət -
"İAMZERV TƏDRİS MƏRKƏZİ"-indən şikayət -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
199 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...