Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib

Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.

Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.

Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...