120 milyona hərraca çıxarılan "Landmark"... - Rəhbərlik etiraz edir
Bir müddət əvvəl Səbail rayonu Nizami küçəsində yerləşən 21 mərtəbəli "Landmark" Biznes Mərkəzi hərraca çıxarılması barədə məlumat yayılıb.
Mərkəz isə bu addımı haqsızlıq hesab edir.
"Landmark"dan bildirilib ki, kredit müqaviləsinin 1 yanvar 2029-ci il tarixinə kimi müddəti olub. Lakin 2023-cü ildə müqaviləyə qanunsuz olaraq xitam verilib.
Şikayətçi "Libra" MMC-dən bildirilib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-577/2024 saylı 16.10.2024-cü il tarixli yekun Qərarı ilə iddiaçı “Aqrarkredit” QSC BOKT-un iddia tələbi təmin olunmuş və kredit borcunun “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi qət olunub.
"Libra" MMC sözgedən məhkəmə çəkişməsi zamanı “Aqrarkredit” QSC BOKT tərəfindən məhkəməyə əsassız sübutlar təqdim olunduğunu və bunun nəticəsində hüquqlarının kobud şəkildə pozulduğunu bildirir. Belə ki, tərəflər arasında bağlanmış 15.08.2013-cü il tarixli 7524 saylı kredit müqaviləsində müqaviləyə birtərəfli qaydada xitam verilməsi anlayışı öz əksini tapmayıb:
"Lakin, buna baxmayaraq, “Aqrarkredit” QSC BOKT müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verib".
Bundan başqa, şikayətçi bildirib ki, ipoteka predmeti olan “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binası hazırda 2013-cü ildə qoyulmuş likvid dəyər əsasında hərraca çıxarılır və əmlakın hazırkı real likvid dəyəri nəzərə alınmır.
Əlavə olaraq şikayətçi qeyd edib ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə "Libra" MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır.
Həmçinin, şikayətçi bildirib ki, “Aqrarkredit” QSC BOKT "Libra" MMC tərəfindən öədnilmiş kredit məbləğlərinin dəqiq məbləğini gizlətməyə çalışır və hazırda hərrac prosesləri qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilir:
"Hərracın hansı təşkilata həvalə olunması, həmin təşkilatın qanunvericiliyin tələbləri baxımından hərrac keçirmək səlahiyyətinin olub-olmaması, hərrac proseslərini keçirən təşkilatın tarixçəsinin təmiz olub-olmaması barədə şikayətçiyə heç bir məlumat verilmir".
MMC iddia edir ki, məhkəmə qərarlarını həyata keçirən icra şöbəsi hərrac proseslərinin keçirilməsi ilə bağlı şikayətlərə baxmaqda maraqlı deyil.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Xatırladaq ki, bu ayın əvvəlnidə “Landmark”ın hərraca çıxarılması barədə məlumat yerləşdirilib. 32654 kvadratmetr ərazisi olan qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manat, iştirak üçün beh 6 milyon manat təyin edilib. Bakupost
51 dəfə oxundu