Fərhad Qəribov vəfat etdi

Fərhad Qəribov vəfat etdi

Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, 72 yaşlı eks-millət vəkili Bakıda dünyasını dəyişib. O, bu gün Kürdəmir rayonunda dəfn ediləcək.

Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş "Debutbank”ın və bir neçə digər iri kommersiya müəssisələrinin sahibi idi.

F.Qəribov parlamentin 3-cü və 4-cü çağırış (2005-2015) deputatı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...