Bu da bizim biznesmen TSEK rəhbərimiz

Bu da bizim biznesmen TSEK rəhbərimiz
"Bu Anar Bayramovdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədridir. Həmin Agentlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə qurumdur..." Dia-az.İnfo xəbər verir ki, bunu özünün "facebook" səhifəsində tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
Bu da bizim biznesmen TSEK rəhbərimiz

Anar Bayramov

O daha sonra əlavə edib: "Eyni zamanda Anar Bayramov “A-Qroup Sığorta Şirkəti”nin Direktorlar Şurasının üzvüdür. Yəni faktiki olaraq nəinki sadə məmur, Agentlik rəhbəri özəl sığorta şirkətinin rəhbər şəxslərindən biridir. Özü də həmin sığorta şirkətində 2002-ci ildən çalışır, İdarə Heyətinin sədri də olub. Amma 2021-ci ildən dövlət işinə keçdikdən sonra da özəl qurumda fəaliyyətinə xitam verməyib.
Son illər ərzində publik hüquqi şəxs statusunda xeyli qurum yaradılıb. Faktiki olaraq dövlət orqanlarının səlahiyyətləri onlara verilir. Amma dövlət orqanlarında çalışanlardan fərqli olaraq publik hüquqi şəxslərin işçiləri dövlət qulluqçuları hesab edilmir. Qanunda boşluq var: publik hüquqi şəxslərin işçilərinə hər hansı digər fəaliyyətlə məşğul olmaq qadağan edilmir. Onlar da bundan sui-istifadə edərək dövlət işində ola-ola özəl bizneslə də aşkar şəkildə məşğul olurlar. Yəni dövlətdən maaş ala-ala iş vaxtı ərzində bizneslə də məşğuldurlar. Özü də bunu heç gizlətmirlər də.
Məsələnin etik aspekti (dövlətdən maaş ala-ala iş vaxtı ərzində biznes fəaliyyəti) bir tərəfə. Əsas həm də odur ki, faktiki olaraq məmur, hətta rəhbər olan şəxslər özəl sektora müdaxilə edirlər və nəticədə ciddi maraqlar toqquşması yaranır. Bilmirsən, dövlət maraqlarını rəhbər tuturlar, yoxsa özəl maraqları..."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...